Livanın Xarici İşlər Nazirliyi bu gün Nyu-Yorkdakı nümayəndəliyi vasitəsilə sionist rejimin atəşkəs razılaşmasını və 1701 saylı qətnaməni davamlı şəkildə pozması ilə bağlı Təhlükəsizlik Şurasına şikayət təqdim edib.
Məlumata görə, şikayətdə atəşkəs razılaşmasının baş tutmasından sonra sionist rejim tərəfindən evlərin partladılması, Livan vətəndaşlarının oğurlanması və ölkənin cənubuna qayıtmaqda olan onlara hücum edilməsi kimi pozuntulara toxunulub.
Livan Xarici İşlər Nazirliyi bu şikayətdə həmçinin atəşkəs dövründə sionist rejimin təcavüzü nəticəsində onlarla livanlının şəhid olması və yaralanmasına işarə edib, işğalçıların Livanın hərbi qüvvələrini və jurnalistləri hədəf almasına etiraz edib.
Sizin rəyiniz